23 iyun 2010 15:04
«Terek» olmasın, «Olimpik-Şüvəlan» olsun
Ağdamın "Qarabağ" klubu sabah axşam saatlarında Bakıya geri dönəcək. Klubun mətbuat xidmətindən azerisport.az saytına verilən məlumata görə, Ağdam klubu bu gün Rusiya Premyer-liqasının təmsilçisi "Terek" klubu ilə yoxlama oyunu keçirməli idi. Lakin "Terek" klubunun imtinası səbəbindən oyun baş tutmayıb.
UEFA Avropa Liqasınn I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 1-də Makedoniyanın "Metalurq" klubu ilə qarşılaşacaq "Qarabağ" oyunun hazırlıqlarını Bakıda davam etdirəcək. Hazırlıq çərçivəsində iyunun 25-də "Olimpik-Şüvəlan"la yoxlama oyununun keçirilməsi planlaşdırılıb. Saat 20:00-da başlayacaq yoxlama oyunu T.Bəhramov adına Respublika stadionunda baş tutacaq.
