23 iyun 2010 12:03
Quti «Beşiktaş» formasını geyəcək?
İspaniyanın «Marka» qəzetinin verdiyi xəbərə görə, Madridin «Real» futbol klubu ilə əlaqələrinin kəsildiyi bildirilən Qutiyə ən ciddi tranfer təklifləri Türkiyənin «Beşiktaş» və Yunanıstanın «Olimpiakos» komandalarından gəlib.
Hazırda Quti bu iki klub arasında seçim etməkdə çətinlik çəkir. Lakin yunan klubunun yarışda bir qədər irəlidə olması vurğulanır. Belə ki, istanbullular Qutiyə 3 il üçün 7,5 milyon avro, «Olimpiakos» isə 2 il üçün 7 milyon avro təklif edib.
azerisport.az xəbər verir ki, Qutinin «Beşiktaş»a keçməsini daha real edən amil bir vaxtlar 33 yaşlı futbolçunun «Real»da birlikdə çalışdığı məşqçi Bernd Şusterin hazırda İstanbul klubuna rəhbərlik etməsidir.
Xatırladaq ki, Quti ilə burada adı çəkilən klublardan başqa, ingilislər, fransızlar və ruslar da maraqlanırlar.
