23 iyun 2010 12:27
Azərbaycan Türkiyəyə uduzdu
Çimərlik futbolu üzrə Azərbaycan və Türkiyə yığmaları arasında ilk yoldaşlıq oyununun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə türklər qalib gəliblər - 12:11.
AFFA-nın rəsmi saytına istinadla azerisport.az xəbər verir ki, komandalar arasında növbəti yoldaşlıq matçı bu gün keçirilməlidir.
