24 iyun 2010 15:43
Araz Abdullayev Azərbaycana qayıtdı
Azərbaycanın «Neftçi» futbol klubunun yarımmüdafiəçisi Araz Abdullayev Bakıya qayıdıb.
azerisport.az xəbər verir ki, o, İngiltərənin «Everton» klubunda tibbi müayinədən uğurla keçib. Hazırda «Neftçi»nin rəhbərliyi ingilis klubunun nümayəndələrinin Bakıya gəlişini gözləyir. Yaxın günlərdə Abdullayevin «Everton»la – Ueyn Runinin ilk klubu ilə müqavilə imzalaması gözlənilir.
