24 iyun 2010 09:56
Avroliqa matçları öncəsi «Xəzər Lənkəran»a yaraşmayan məğlubiyyət
Almaniyada təlim-məşq toplanışında olan «Xəzər Lənkəran» futbol klubu üçüncü yoxlama matçını keçirib. azerisport.az xəbər verir ki, Ağasəlim Mircavadovun yetirmələri Avstriyanın «Mattersburq» klubuna 2:6 hesabı ilə məğlub olublar.
Lənkəranlılar oyuna aşağıdakı heyətlə çıxıblar: Ağayev, Begiri, Todorov, İmedaşvili, Allahverdiyev, A.Hüseynov, Devran, Souza, Əmirquliyev, Lalin, Deqrot. Adı sonda çəkilən futbolçu hollandiyalıdır və baxış məqsədilə təlim-məşq toplanışına cəlb edilib. Oyunda komandamızın heyətində yecanə qolu Mario Souza vurub.
Xatırladaq ki, bundan əvvəl keçirdiyi iki yoxlama matçında da «Xəzər Lənkəran» məğlub olmuşdu - Ukraynanın «Şaxtyor» klubuna 0:2, Avstriyanın «Rid» klubuna isə 0:3 hesabı ilə.
