24 iyun 2010 11:55
«İnter»in rəqibi daha güclüdür
Avrokubokların püşkünün nəticələrinə görə saytımızda keçirilən sorğuda iştirak edənlərin 40%-i belə hesab edir ki, digər komandalarımızın qarşılaşacağı klublara nisbətən Çempionlar Liqasında «İnter»in rəqibi olan «Lex» daha güclüdür.
İstifadəçilərin 19%-nin fikrincə, klublarımızın zəifliyini nəzərə alsaq, püşkatmanın nəticəsində bəxtə ümid etmək yersiz idi. Daha 18% isə belə firkirdədir ki, püşkdə bizim komandalara düşmüş klubların bəxti gətirib.
Oxucularımızın 6%-i düşünür ki, püşkdə bütün komandalarımızın bəxti gətirib. 4% bunun tam əksini fikirləşir və hesab edir ki, klublarımızın heç birinin bəxti gətirməyib.
Daha çox sarkastik xarakter daşıyan «Bu il kuboklar bizimdir» ifadəsi ilə oxucuların 9%-i razıdır. Onların yumor hissinə qibtə etmək olar.
Respondentlərin 3%-i söhbətin nədən getdiyini anlamadıqlarını etiraf ediblər.
