25 iyun 2010 13:55
Bircə vuvuzelamız çatışmır
Bu il UEFA Çempionlar Liqasının və Avropa Liqasının təsnifat mərhələlərində çıxış edəcək Azərbaycan futbol klubları ev oyunlarında 2010-cu ilin dünya çempionatının rəsmi topu – «Adidas» firmasının hazırladığı «Jabulani» ilə oynayacaqlar.
azerisport.az xəbər verir ki. sözügedən yarışlarda ölkəmizi «İnter» (Bakı), «Qarabağ» (Ağdam), «Bakı» və «Xəzər Lənkəran» təmsil edəcəklər.
Arayış: Cənubi Afrika əhalisinin 25%-nin danışdığı zulus dilində «jabulani» sözü «bayram etmək», «sevinmək» mənalarını verir. Bu topun dizaynında 11 rəngdən istifadə olunub ki, bu da komandanın heyətindəki oyunçuların sayına bərabərdir. Top haqqında futbolçuların və məşqçilərin fikirləri müxtəlifdir. Bəziləri onu çox gözlənilməz uçuş trayektoriyasına görə kəskin tənqid edir. Digərləri isə bəyənirlər.
Təki komandalarımıza düşərli olsun. Amma heyif ki, Bakıda hələ vuvuzela satılmır. Lap yerinə düşərdi…
