25 iyun 2010 15:27
Lənkəranlıların rəqibi bağlı qapılar arxasında oyun keçirəcək
Moldovanın «Olimpiya» (Beltsı) futbol klubu Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində «Xəzər Lənkəran»a qarşı keçirəcəyi oyun öncəsi son yoxlama matçını sabah yerli vaxtla saat 20:00-da keçirəcək.
azerisport.az xəbər verir ki, Odessanın «Çernomorets» komandası ilə«Olimpiya»nın Ternovkadakı bazasında baş tutacaq oyun mətbuat üçün qapalı olacaq.
