25 iyun 2010 17:02
«Malyorka» Avropa Liqasına buraxılmır
Balearın «Malyorka» klubu ötən mövsüm İspaniyanın futbol çempionatında 5-ci yeri tutub və bu il UEFA Avropa Liqasında ölkəsini təmsil etməli idi.
Lakin UEFA-nın nümayəndə heyəti klubun «San Mua» stadionuna səfərdən imtina edib. Komanda maliyyə problemləri yaşadığından, onun adı Avropa Liqasının iştirakçılarının siyahısına daxil edilməyib.
azerisport.az xəbər verir ki, əgər «Malyorka» Avroliqaya buraxılmasa, onu bu yarışda çempionatda 7-ci yeri tutumuş «Vilyarreal» əvəz etməlidir.
