25 iyun 2010 10:35
«Bakı»nın daha bir uğurlu addımı
Dünyanın ən böyük idman agentliyi Azərbaycan vitse-çempionunun tərəf müqabilidir. Bu barədə "Bakı" futbol klubu media, marketing və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Nəriman Mehdiyev məlumat verir.
azerisport.az xəbər verir ki, departament rəhbəri klubun rəsmi saytına verdiyi açıqlamada bunları söyləyib:
"Bakı" bu il Avropaya tamamilə fərqli bir şəkildə gedir. Bu komanda tək paytaxtı deyil, bütün Azərbaycanı təmsil edir. "Bakı" Avropa turnirlərində oynamaq iqtidarında və istəyində olan gənc bir klub kimi işlərini ilk gündən tələb olunan yüksək səviyyədə qurmalıdır. Hazırda müvafiq strukturlarla sıx əlagələr qurulub.
Klubumuzun bir brend kimi tanınması, Azərbaycan futbolunun təbliği istiqamətində inamlı addımlar atılır.
Bu günlərdə dünyanın aparıcı idman agentliyi «Eurosport» qrupu ilə "Bakı" futbol klubu arasında informasiya dəstəyi və qarşılıqlı əməkdaşlıq sahəsində maraqlı bir anlaşma əldə olunub. Eurosport elektron və kütləvi informasiya kanallarında Azərbaycan vitse-çempionunun media tərəf müqabili kimi klubumuzun uğurları, atılan addımlar, başa çatdırılımış layihələr, gələcək planlar və gündəlik qayğılarına yer ayıracaq.
Müasir informasiya məkanında yaşanan böyük rəqabət fonunda klubumuzun belə bir nüfuzlu və aparıcı media orqanı ilə əməkdaşlıq qurmasının bütün Azərbaycan idmanı adına uğurlu olacağına inanıram. Xatırladım ki, daha əvvəl "Bakı" dünyanın ən çox oxunan rusdilli idman portalı sports.ru ilə anoloji müqavilə imzalamışdı".