28 iyun 2010 16:13
«Neftçi» 3 yoldaşlıq oyunu keçirəcək
Klubun mətbuat xidmətindən azerisport.az saytına verilən məlumata görə, "Neftçi" PFK Unibank Premyer Liqasının 2010/11-ci illər mövsümünə hazırlığın ikinci mərhələsini Avstriyada keçəcək.
Bu məqsədlə komanda iyulun 1-də Avstriyanın Ossendorf şəhərinə yollanacaq. "Neftçi" bir çox məşhur klubların təlim-məşq toplanışı keçmək üçün özlərinə məskən seçdikləri Ossendorfda yoxlama görüşlərində qüvvəsini sınayacaq. Arif Əsədovun rəhbərlik etdiyi kollektiv təlim-məşq toplanışı çərçivəsində 3 yoldaşlıq matçına çıxacaq. İyulun 3-də "Beşiktaş"la qarşılaşacaq "ağ-qaralar" iyulun 6-da Rumıniyanın "Otselul", iyulun 9-da isə Polşanın "Zaqlebie" klubları ilə oynamağı planlaşdırır.
