28 iyun 2010 09:38
Azərbaycan çempionundan Bolqarıstan klublarına master-klass
«İnter» futbol klubu təlim-məşq toplanışında olduğu Bolqarıstanda növbəti yoldaşlıq oyununu keçirib.
azerisport.az xəbər verir ki, dəfələrlə Avropa kuboklarında çıxış etmiş və ölkənin ən adlı-sanlı klublarından sayılan CSKA (Sofiya) komandası ilə matçda «İnter» 1:0 hesabı ilə qalib gəlib. Yeganə topu bolqarların qapısından Petar Zlatinov keçirib.
Qeyd edək ki, oyunu «İnter»in Çempionlar Liqasının ikinci təsnifat mərhələsi üzrə rəqibi – Polşanın «Lex» klubunun məşqçisi Ancey Yuskovyak da izləyib.
