28 iyun 2010 09:52
Azərbaycan klublarına pul qoymağa dəyərmi?
Beynəlxalq bwin bukmeker kontoru Azərbaycan klublarının iştirakı ilə keçiriləcək Çempionlar Liqasının və Avroliqanın ilkin təsnifat mərhələlərinin oyunlarına pul qoyuluşları üçün əmsalları açıqlayıb.
azerisport.az xəbər verir ki, hələ ki 3 komandamızın iştirakı ilə keçiriləcək ilk oyunlar üçün əmsallar aşağıdakı kimi müəyyənləşdirilib:
«İnter» (Bakı) - «Lex» (Polşa) 2,75 – 3,2 – 2,3
«Qarabağ» (Ağdam) – «Metalurq» (Makedoniya) 1,83 – 3,25 – 3,9
«Olimpiya» (Moldova) – «Xəzər Lənkəran» 1,91 – 3,25 – 3,6
Ümid edirik ki, bukmekerlərin proqnozları yalnız «Qarabağ»ın oyununda özünü doğruldacaq, digər iki oyunda isə komandalarımıza güvənən azarkeşlər xeyli “irəli düşə” biləcəklər.
