28 iyun 2010 10:06
«Baki» bu gün axşam alman klubu ilə qarşılaşacaq
Avropa Liqası çərçivəsində Çernoqoriyanın "Buduçnost" klubuna qarşı ikinci təsnifat mərhələsinin oyunlarına hazırlaşan “Bakı” futbol klubunun Almaniyada təlim-məşq toplanışı davam edir.
azerisport.az bakılıların rəsmi saytına istinadla bildirir ki, hazırlıq prosesinin ikinci günündə futbolçular iki məşqə çıxıblar. Səhər məşqində daha çox fiziki tapşırıqları yerinə yetirən komanda axşam saatlarında topla çalışıb. İkinci məşq gününün sonunda komandamız ikitərəfli oyun keçirib. Klubun yeni transferi Joel Epalle ikitərəfli oyunda vurduğu qollarla hər kəsin alqışlarını qazanıb.
Bu gün səhər yerli vaxtla 10:00-da (Bakı vaxtı ilə 13:00) məşqə çıxacaq komandamızın üzvləri axşam saat 18:30-da yeni mövsümdə ilk oyunlarına çıxacaqlar.

“Bakı” futbol klubu üçüncü Bundesliqa klubuna qarşı oynayacaq. Oyun “Sportschule” idman kompleksinin əsas meydançasında baş tutacaq.
Güründüyü kimi, baş məşqçi Vinfrid Şefer mövsümün açılışında nisbətən zəif rəqiblə qarşılaşmağa üstünlük verib. Növbəti yoxlama oyununda rəqibimiz 2-ci Bundesliga təmsilçisi “Koblents” olacaq. Bu oyun iyul ayının 4-də keçiriləcək.
Bitburqda 2 həftəlik təlim-məşq toplantısı zamanı planlaşdırılan sonuncu - 3-cü oyunda isə Azərbaycan vitse-çempionunun rəqibi Bundesliga təmsilçisi "Köln" olacaq. Bu yoxlama görüşü 7 və ya 8 iyul tarixlərində oynanılacaq.
"Köln"ə qarşı oyun eyni zamanda komandanın "Buduçnost"la 15 iyul tarixində Bakıda baş tutacaq oyun öncəsi son qarşılaşması olacaq.