28 iyun 2010 10:15
«Qarabağ»ın qələbəsini 1 manata görmək olar
Futbol üzrə Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində cümə axşamı – iyulun 1-də saat 21:00-da başlayacaq «Qarabağ» (Ağdam) - «Metalurq» (Makedoniya) oyununun biletləri satışa çıxarılıb.
azerisport.az Ağdam klubunun rəsmi saytına istinadla xəbər verir ki, biletləri Tofiq Bəhramov adına respublika stadionun kassalarından və «Büyükfırat» restoranlar şəbəkəsindən almaq olar. Stadionun bütün sektorlarına biletin qiyməti cəmi 1 manatdır. VİP C və D sektorlarına biletlər isə 10 manata satılır.
