28 iyun 2010 10:30
Özilin sevgilisi müsəlmanlığı qəbul edəcək (FOTO)
Almaniya milli futbol komandasının türk əsilli ulduzu Mesut Özilin sevgilisi – məşhur müğənni Sara Konnorun doğma bacısı Anna Mariya Lagerblom müsəlman olmağa qərar verib. O, adını dəyişdirərək Mələk olacaq.
azerisport.az xəbər verir ki, Anna Mariyanın bacısı Sara və ailəsinin üzvləri – anası və qızı artıq donuz ətini yeməkdən imtina ediblər. Evdə Quran’i-Kərimə maraq artıb. Protestant ailəsində böyümüş qızın yaxınları Mesutun sevgilisinin qərarını təəccüblə qarşılasalar da, onun seçiminə hörmət etdiklərini bildiriblər.
Mesut Özil və Melek ötən ilin yazından birlikdədirlər. Melek hələ də keçmiş əri – «Verder»in isveçli futbolçusu Pekki Lagerblomun soyadını daşıyır və daha əvvəlki sevgilisindən olan 8 yaşlı qızını böyüdür.
