28 iyun 2010 11:23

Futbolda videotexnologiyalar olsun, ya olmasin? Və bu bizim haramıza yaraşır?

Futbolda videotexnologiyalar olsun, ya olmasin? Bu suala birmənalı cavab vermək çətindir. Futbol bürokratları onu hər hansı texnologiyadan, yeniliklərdən qorumağa çalışırlar. Yeganə bəhanələri isə konservatizm və oyunun qaydalarını mümkün qədər ilkin variantda saxlamaq istəyidir. Əlbəttə, İngiltərədə meydana gəlmiş oyun məhz ingilislərin özü kimi konservativ ola bilər və buna bəlkə haqqı da var, amma artıq ingilislərin özləri dünənki matçdan sonra oyunun qaydalarının dəyişdirilməsinə etiraz etmirlər və hətta bunu tələb edirlər.
 
Davam edən dünya çempionatı absurdlarla zəngindir. Bunlardan biri və deyərdim ki, ən birincisi çempionatın oyunlarının keçirildiyi bütün stadionlarda nəhəng tabloların quraşdırılması və bütün dünyanın televiziya ilə izlədiyi görüntünün dərhal stadionda da görünməsidir. Əlbəttə,tabloda oyunun telegörüntüsünün verilməsinin özündə elə bir qəribəlik yoxdur. Məsələn,hamımız şahidiyik ki, azarkeşlər özlərini tabloda görən kimi daha çılğınca sevinməyə başlayırlar və bu, maraqlı görüntülərə səbəb olur. Amma…
 
Çempionat həm də hakimlərin səhv qərarları ilə yaddaşlarda qalacaq. Sarı və qırmızı vərəqələr yağışı, ABŞ komandasının sayılmayan iki halal qolu, elə dünən axşam Argentinanın açıq-aşkar ofsayd vəziyyətindən vurduğu ilk top… Ən aktualı isə ingilislərin bütün dünyaya 1966-cı ili xatırlatmış sayılmayan ikinci qoludur.
 
Özünüzü futbolçuların yerində təsəvvür edin: dünya çempionatının pley-off mərhələsi, hər şey bir oyunda həll olunur, çoxlarının favorit hesab etdiyi komandaya qarşı oyunda iki top fərqi 2-3 dəqiqənin içərisində aradan qalxır, top qapı xəttini keçib. Yüz milyonlarla tamaşaçı ekran qarşısında, on minlərlə tamaşaçı stadiondakı tabloda bunu görür… Futbolçular da adəti üzrə tabloya baxır və topun qapı xəttini keçməsinin şahidi olurlar… Hamı hər şeyi görür. Üç nəfərdən başqa. Bunlar oyunun taleyini həll edən insanlar – hakimlərdir.
 
Buz hokkeyində videotəkrarlar çoxdan tətbiq olunur. Düzdür, hərdən bu iş oyunun vaxtının 1-2 dəqiqə uzanmasına səbəb olur, amma öz aramızdır, belə vacib qərarlar üçün 1-2 dəqiqə elə də böyük vaxt deyil. Onsuz da dəfələrlə futbol oyunlarının az qala 8-10 dəqiqəyə qədər uzanmasının şahidi olmuşuq.
 
Maraqlı bir nüans da var. Bəziləri videotexnologiyaların futbolda tətbiqinə onsuz da icazə verilməyəcəyini düşünərək, ötən il bəzi yarışlarda sınaqdan keçirilmiş əlavə (qapıların arxasında duran) hakimlər məsələsini gündəmə gətirirlər. Amma gəlin səmimi olaq: çoxlu sayda bu cür sınaq oyunlarında hansı əlavə hakimin baş hakimin qərarına etiraz etməsini, yaxud da bu qərarları dəyişməsini görmüşük? Siz bəlkə də görmüsünüz. Mən xatırlamıram.
 
Bir anlığa təsəvvür edək ki, FİFA və UEFA futbol ictimaiyyətinin böyük təzyiqi altında istisna hallarda videotəkrarlara baxılmasına icazə verib. Çox əcəb. İndi keçək bu məsələnin texniki tərəfinə. Dünya çempionatında hər oyunu 29 kamera qeydə alır. Onlar stadionun ağlımıza gələn və gəlməyən hər yerinə səpələniblər. İstənilən anda istənilən nöqtədən hər hansı vəziyyət təkrar göstərilə bilər. Stadionlarda, qeyd etdiyim kimi, nəhəng videotablolar quraşdırılıb. Bəs bizdə vəziyyət necədir?
 
Günlərin bir günü FİFA və UEFA-dan bütün ölkələr kimi Azərbaycanın ünvanına videotəkrarların tətbiqi barədə direktiv gəlsə, vəziyyətin necə olacağını fikirləşmək belə istəmirəm. Birdən dedilər ki, milli çempionatınızın oyunlarını özünüz bilərsiniz, amma beynəlxalq görüşlərdə videotexnologiyaların tətbiqi mütləqdir…
 
Yadınıza Azərbaycan Kubokunun bu yaxınlarda oynanılmış finalını salmaq istəyirəm. Guya «feyr pley» qaydalarının pozulması ilə vurulmuş fantastik qolun təkrarına heç cür baxa bilmirdik. Yaxşı ki, sonradan həvəskar kamera ilə çəkilmiş görüntülər köməyə gəldi. Yoxsa oyunu bütün ölkəyə translyasiya edən telekanalın SSRİ dövründəki kimi oyuna göndərdiyi iki kamera ilə bunu görməyəcəkdik. İndi isə həmin bu kanal oyunlara heç olmasa 20 kamera göndərməlidir ki, lazım olanda videotəkrarlardan istifadə oluna bilsin. Siz buna inana bilirsiniz? Mən qətiyyən. Belə çıxır ki, futbolumuz qarşısında bu cür tələb qoulsa, beynəlxalq oyunları yenə də Azərbaycandan kənarda keçirməli olacağıq. Çünki ən azı milli çempionatın oyunlarını translyasiya etmək hüququnu almış, hətta həmin oyunların fraqmentlərini satmaq hüququ olan hər hansı telekanal bu oyunları normal şəkildə translyasiya etməyi də bacarmalıdır.
 
Deməli, bizə yenilik-filan lazım deyil. FİFA və UEFA nə eləyirlərsə, əcəb eləyirlər. Axı dünya elə Almaniya və İngiltərədən ibarət deyil… Dünyada Azərbaycan kimi də futbol ölkələri və onların maraqlı idman telekanalları var…
 
HBİ

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.