28 iyun 2010 12:15
Gözünüz aydın, vuvuzela gəlir!
Bu günlərdə Azərbaycan klublarının Avrokubok oyunlarını “Jabulani” topu ilə keçirəcəklərini yazmışdıq və zarafat etmişdik ki, bircə vuvuzelamız çatışmır.
Mətbuatda verilən informasiyaya əsasən, bu “problem” də həllini tapıb. Yaxın vaxtlarda Azərbaycanda vuvuzela satışa çıxarılacaq. Avrokubok oyunlarında komandalarımızın dəstəklənməsi üçün ölkəyə 15 min ədəd vuvuzela gətiriləcək. Qədim Afrika musiqi aləti Bakının dükanlarında 5 manata satılacaq.
