28 iyun 2010 12:28
Tşabalalanın Avropa sevdası
Futbol üzrə Cənubi Afrika millisinin yarımmüdafiəçisi Sifive Tşabalala ümid edir ki, komandasının Mundialdakı uğurlu oyunu onun özünün Avropa klublarından birinə keçməsinə şərait yaradacaq.
azerisport.az xəbər verir ki, hazırda davam edən dünya çempionatının ilk qolunun müəllifi olan Tşabalala çıxış etdiyi «Kazer Çifs» komandasından da razıdır, lakin Avropada çıxış etmək arzusundadır.
İngiltərənin «Uiqan» klubu Tşabalalaya maraq göstərir.
