29 iyun 2010 14:58
«Xəzər Lənkəran»ın oyununu görə biləcəyikmi?
Bildiyiniz kimi, iyulun 1-də saat 21:00-da Moldovanın paytaxtı Kişinyov şəhərində yerli «Olimpiya» (Beltsı) klubu futbol üzrə UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Azərbaycanın «Xəzər Lənkəran» klubunu qəbul edəcək.
azerisport.az xəbər verir ki, oyun Moldovanın «Moldova-1» televiziya kanalı ilə canlı yayımlanacaq. Azərbaycanın efir kanalları hələ ki, bu matçın canlı yayımı ilə bağlı hər hansı məlumat açıqlamayıblar.
KATV1 kabel televiziyasından verilən məlumata görə, çox güman ki, bu şirkətin abunəçiləri hər bir halda oyunu canlı olaraq izləyə biləcəklər. Həmin istiqamətdə hazırda zəruri tədbirlər görülməkdədir. Oyunun hansı kanalda nümayiş etdiriləcəyi ilə bağlı oyun günü matç saatına az qalmış saytımızda əlavə məlumat veriləcək.
