29 iyun 2010 11:23
«Bakı» Almaniya klubunu darmadağın etdi
Avropa Liqasının ikinci mərhələsinin ilk oyunu çərçivəsində iyulun 15-də Bakıda Çernoqoriyanın “Buduçnost” klubu ilə qarşılaşacaq “Bakı” futbol klubu qarşıdakı məsul yarışın hazırlığını Almaniyada davam etdirir.
azerisport.az klubun rəsmi saytına istinadla bildirir ki, dünən təlim-məşq toplanışı çərçivəsində komanda ilk yoxlama oyununu keçirib. «Bakı»nın rəqibi cənub zonası üzrə dördüncü dəstədə yarışan “SG-BOB” klubu olub.
Bakılıların baş məşqçisi Vinfird Şafer əsas heyətdə aşağıdakı futbolçulara şans verib:
23.Xalidu Sissoko, 4.Vadim Borets, 5.Stevan Bates, 8.Ernad Skuliç, 10.Joel Epalle, 12.Vyaçeslav Sofroni, 20.Fabio Luis Ramim, 21.Emin Cəfərquliyev, 32.Aleksey Savinov, 77.Aleksandr Soliç, 85.Jaba
Komadamızın tam üstünlüyü şəraitində keçən qarşılaşma “Bakı”nın 17:0 hesablı qələbəsi ilə başa çatıb.
Komandamızın qollarına Jaba (3), Vyaçeslav Sofroni (2), Joel Epalle (2), Aleksandr Soliç (2), Fabio Luis Ramim (2), Vadim Borets (2), Stevan Bates, Əziz Quliyev, Adnan Bərəkət və Hacı Əhmədov imza atıblar.
İkinci yarıda isə paytaxt klubu bu heyətlə mübarizə aparıb:
13.Aqil Məmmədov, 3.Rafael Əmirbəyov, 7.Mahmud Qurbanov, 11.Adnan Bərəkət, 15.Cəmşid Məhərrəmov, 16.Hacı Əhmədov, 21.Emin Cəfərquliyev, 22.Səbuhi Həsənov, 27.Bəxtiyar Soltanov, 29.Əziz Quliyev, 85.Jaba
Komandamız növbəti oyununu iyulun dördündə ikinci bundesliqa təmsilçisi “Koblents”ə qarşı keçirəcək.
