1 iyul 2010 18:52
«Xəzər Lənkəran» oyunu göstərilməyəcək (YENİLƏNDİ)
Bildiyiniz kimi, futbol üzrə Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində bu gün saat 21:00-da Moldovanın «Olimpiya» (Beltsı) komandası Azərbaycanın «Xəzər Lənkəran» klubunu qəbul edəcək.
azerisport.az xəbər verir ki, yerli efir kanallarımız bu oyunu nümayiş etdirməyəcəklər. Moldovadan verilən xəbərə görə, oyunu canlı göstərməli olan «Moldova-1» ictimai telekanalı da oyunun canlı yayımından imtina edib. Oyun Bakı vaxtı ilə saat 01:30-da həmin kanalla videoyazı şəklində nümayiş olunacaq.
