1 iyul 2010 12:04
Vaqif Cavadovun «Tvente»dəki üçüncü qolu
Azərbaycan milli futbol komandasının hücumçusu Vaqif Cavadov çıxış etdiyi Hollandiyanın «Tvente» klubunun əsas heyətində artıq üçüncü dəfə fərqlənmişdir.
azerisport.az xəbər verir ki, «Tvente»nin «Sportklub Enshede» komandasına qarşı keçirdiyi yoxlama görüşündə 59-cu dəqiqədə meydançaya çıxmış forvardımız 89-cu dəqiqədə rəqibin qapısına yol tapa bilib. Oyun isə 5:1 hesabı ilə «Tvente»nin xeyrinə başa çatıb.
