1 iyul 2010 12:18
Dünya idman tarixinin ən gəlirli layihəsi – «Barselona»
İspaniyanın «Barselona» futbol klubu ötən mövçüm üzrə maliyyə hesabatını elan edib. Klubun xalis gəliri 11,1 milyon avro təşkil edib. Ümumilikdə isə, «Barsa» 2009-cu il ərzində 445,5 milyon avro vəsait qazanıb və bununla da gəlirlilik baxımından bütün futbol klubları arasında yeni dünya rekorduna imza atıb.
2010-cu ilin yekununa görə, kataloniyalılar 750 milyon avro qazanc götürmək niyyətindədirlər. Belə ki, «Mediapro» teleşirkəti ilə 4 illik yeni müqavilə komandanın büdcəsinə 600 milyon avro qazandırmalıdır. Eyni zamanda, klub «Herbalife», «Türk Hava Yolları», «Etisalat» şirkətləri ilə cəmi 250 milyon avroluq sponsorluq müqavilələri bağlamalıdır.
