2 iyul 2010 09:58
Vaqifin daha iki qolu – deyəsən, «Tvente» ona inanmağa başlayır
Azərbaycan milli futbol komandasının hücumçusu Vaqif Cavadov Hollandiyanın «Tvente» klubunun heyətində yenə də fərqlənə bilmişdir.
azerisport.az xəbər verir ki, Vaqifin komandası bu dəfə «De Zveff» klubu ilə yoxlama oyunu keçirib və 11:2 hesabı ilə qalib gəlib. Cavadov klubun birinci və altıncı qollarını vurub və 75-ci dəqiqədə əvəzlənib.
