2 iyul 2010 10:50
«Qarabağ»ın növbəti rəqibi «Skonto» olacaq?
Futbol üzrə Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyununda Makedoniyanın «Metalurq» komandasına 4:1 hesabı ilə qalib gəlmiş Ağdamın «Qarabağ» klubu, demək olar ki, növbəti mərhələ problemini həll edib. Ancaq möcüzə komandamıza ikinci təsnifat mərhələsinə adlamağa mane ola bilər.
azerisport.az xəbər verir ki, ağdamlıların ikinci mərhələdə rəqibi «Portadaun» (Şimali İrlandiya) – «Skonto» (Latviya) qarşıdurmasının qalibi olmalıdır. Dünən həmin komandalar arasında ilk oyun keçirilib. Matç 1:1 hesabı ilə başa çatıb. Cavab oyunu iyulun 8-də Riqada keçirilməlidir.
