6 iyul 2010 16:13
Ruslan Abışov Beşiktaş-a vurduğu qol haqqında
Azerisport.az xəbər verir ki, Neftçinin futbolcusu Ruslan Abışov Beşiktaş-la oyun haqqında fikrini klub saytına bildirdi.
"Avstriyada ilk yoxlama görüşünü iyulun 3-də "Beşiktaş"a qarşı keçirdik. Rəqibin adlı-sanlı olmasına baxmayaraq, komandanın üzvlərində heç bir həyacan hissi yox idi. Baş məşqçi Arif Əsədov matçdan öncə bizə rəqibin ulduz futbolçularından çəkinməməyi tapşırdı. Düzdür, İstanbul klubunun heyətində yüksək səviyyəli futbolçular yer alır, ancaq biz öz oyunumuz haqqında düşünürdük. Mən düşünürəm ki, komandamız bu oyunda qələbə qazana bilərdi. Sadəcə, görüşün sonlarına yaxın azarkeşlərindən böyük dəstək alan "Beşiktaş" təzyiqi daha da artırdı və hesabı bərabərləşdirdi. Fərqləndiyim epizoda gəlincə, top ayağıma çox rahat oturdu və mən qüvvətli zərbə ilə onu tora daxil etdim. Təəssüflər olsun ki, ikinci hissədə türkiyəli futbolçular sərt və kobud futbola üstünlük versələr də, hakimin fiti bir çox epizodlarda susurdu".
