6 iyul 2010 11:26

Arif Əsədov: «Beşiktaş»la görüş göstərdi ki, biz doğru yoldayıq»

«Neftçi» futbol klubunun rəsmi saytında komandanın baş məşqçisi Arif Əsədovla maraqlı müsahibə yerləşdirilib. azerisport.az həmin müsahibəni öz oxucularının diqqətinə çatdırır.
 
İyulun 1-dən etibarən Avstriyada toplanışda olan "Neftçi" İstanbul klubu "Beşiktaş" kimi güclü rəqiblə bərabər səviyyədə mübarizə apararaq heç-heçə etdi. Bu oyun komandamıza nə verdi?
 
Başda prezident Sadıq Sadıqov olmaqla klub rəhbərliyi tərəfindən bizim qarşımıza qoyulan əsas vəzifə "Neftçi"nin baxımlı oyununu qaytarmaqdır. Məşqçi heyəti olaraq məhz bunun üzərində çalışırıq. "Beşiktaş"la görüş göstərdi ki, biz doğru yoldayıq. Təbii ki, bir çox çatışmazlıqlar mövcuddur, Avtriyadakı toplanışa yeni başladığımızı nəzərə alsaq bu başadüşüləndir. Türk komandası ilə oyunda heyətimizdə olan təcrübəli və gənc futbolçular adlı-sanlı rəqibə qarşı çəkinməyərək səylə mübarizə apardılar. Onlara verdiyimiz tapşırığı yerinə yetirdilər.
 
Avstriya bir çox komandaların təlim-məşq üçün seçdiyi məkandır. Ümumiyyətlə, hazırlığın gedişi, stadionların vəziyyəti sizi qane edirmi?
 
Avstriyada Avropanın tanınmış klubları toplanış keçir. Yığma komandamız da hazırlığını bu ölkədə davam etdirirdi. Məhz həmin vaxtda yığmanın oyununu izləməyə gəldiyimizdə buradakı ideal şəraitlə tanış olmaq imkanımız oldu. Klub rəhbərliyi tərəfindən komandanın yüksək səviyyədə hazırlıq keçməsi üçün ideal şərait yaradılıb. Bu təlim-məşq toplanışında biz güclü klublarla hazırlıq görüşləri oynamağa üstünlük veririk. Məşq etdiyimiz stadionun vəziyyəti isə əladır.
 
Növbəti oyunda "Neftçi" daha bir güclü komanda olan Rumıniya təmsilçisi "Otselul"la qarşılaşacaq. Bu oyunda biz gənc futbolçuları "Beşiktaş"la görüşdə olduğu kimi meydanda görə biləcəyikmi?
 
"Neftçi"nin heyətində hər zaman perspektivli gənc futbolçular yetişib. Ötən mövsümün son turlarında əsas heyətdə gənclərə yer verərək həyata keçirdiyimiz siyasəti davam etdiririk. Növbəti oyunda da belə olacaq, komandamızın gələcəyi gənclərdir. Sərt futbola üstünlük verən rumın komandasını seçməkdə məqsəd belə rəqiblərlə görüşdə də futbolçularımızın nəyə qadir olduğunu yoxlamaqdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.