7 iyul 2010 17:50

Qurban QURBANOV: 4:1 futbolçularımı rahat meydana çıxacağının göstəricisi deyil

Azerisport.az xəbər verir ki, Avropa Liqası ilkin təsnifat mərhələsi, cavab oyunu çərçivəsində 8 iyul tarixində keçiriləcək «Metallurq» - «Qarabağ» matçına həsr olunmuş mətbuat konfransı üçün zala ilk olaraq «Qarabağ»ımız daxil oldu.
 
Baş məşqçi Qurban Qurbanovla yanaşı, kapitan Aslan Kərimov və müdafiəçimiz Maksim Medvedevin də iştirak etdiyi mətbuat konfransını «Metallurq» komandasının mətbuat katibi açıq elan etdi. 4:1 hesabını qabartmaq istəyən mətbuat işçilərinə cavabında Qurbanov «Bu hesab heç də futbolçularımı rahat meydana çıxacağının göstəricisi deyil. Rəqibi qiymətləndiririk və güclü olduğunu düşünürük» cavabını verdi. Müdafiə xəttində problemin olması sualına baş məşqçimiz «Müdafiədəki zədəli və cəzalı futbolçuların yerini digər futbolçularımızla dolduracağımıza inanıram» cavabını verməklə yanaşı, Maksimin sabahkı oyunda start heyətində çıxacağını da rəqib komandaya mesaj göndərdi.
 
Klub saytının məlumatına görə, Aslan Kərimov ilk oyunun 4:1 nəticələnməsinə baxmayaraq, cavab görüşünün heç də asan oyun olmadığını bildirdi. Rəqib azarkeşlərin daha da ruhlandıracağı «Metallurq»un cavab oyununa daha da istəkli və qələbə əzmi ilə çıxacağını və futbolçularımızın bunu dərk etdiyini söylədi: «Oyunun həddən artıq çətin keçəcəyini düşünürəm. Amma 90 dəqiqənin sonunda biz turu keçən komanda olacağıq».
 
Maksim də Aslanın sözlərinə dəstək oldu: «Rəqibin ilk dəqiqədən önə atılacağını bilirik. Bunun qarşılığına güclü müdafiə olunub, sürətli hücumlarla qol vuracağımızı, hər iki oyunda qələbə qazanmağı istəyirik».

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.