7 iyul 2010 17:58
Azərbaycan – Belarus oyunun vaxtı müəyyənləşib
Azerisport.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də keçiriləcək Belarus – Azərbaycan oyununun vaxtı müəyyənləşib. AFFA-nın saytının məlumatına görə, qarşılaşma Borisov şəhər stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
