7 iyul 2010 18:14
Bakı Jenes-ə qalib gəlib, Köln-i gözləyir
Azerisport.az xəbər verir ki, «Bakı» Lüksemburq çempionu «Jenes»-in qonağı olub. “Stad de Frontier" stadionunda baş tutan yoldaşlıq oyunu bizim klubun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan vitse-çempionunun qollarına braziliyalı hücumçumuz Jaba imza atıb.İlk yarıda fərdi ustalıq və sürətli keçid sayəsində hesabı açan Jaba, ikinci hissədə bir daha fərqlənib. Komandamızın ikinci qolu 11 metrlik cərimə zərbəsindən vurulub.
Klub saytının məlumatına görə, baş məşqçi Vinfrid Şefer Lüksemburq çempionu ilə oyunda aşağıdakı futbolçulara şans verib: Xalidu Sissoko, Vadim Borets, Dare Nibombe (Rafael Əmirbəyov), Ernad Skuliç, Joel Epalle (Bəxtiyar Soltanov), Vyaçeslav Sofroni (Adnan Bərəkət), Fabio Luis Ramim, İbrahim Kargbo (Emin Cəfərquliyev), Aleksey Savinov, Aleksandr Soliç (Hacı Əhmədov), Jaba.
Almaniyanın Bitburq şəhərində təlim-məşq toplantısını davam etdirən "Bakı" 8 iyul tarixində daha bir yoldaşlıq oyunu keçirəcək. Həmin gün komandamızın rəqibi Bundesliqa təmsilçisi "Köln" klubu olacaq.
