7 iyul 2010 18:19
Syerra-Leone komandasının kapitanı Bakıda (FOTO)
Azerisport.az xəbər verir ki, «Bakı» futbol klubu növbəti transferini reallaşdırıb. Komandamız Syerra-Leone milli komandasının kapitanı İbrahim Kargbo ilə 1 illik sözləşmə imzalayıb.
Klub saytının məlumatına görə, 28 yaşlı Kargbonun sonuncu klubu Hollandiyanın “Villem II” klubu olub. Hollandiya təmsilçisinə keçənə qədər İbrahim Belçikanın “Brüssel”, “Şarlerua” və Türkiyənin “Malatyaspor” klublarında forma geyib.
Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən Kargbo “Bakı” klubunda 30 nömrəli formanı geyəcək. O bu gün Lüksemburq çempionu “Jeness”ə qarşı keçirilən yoxlama matçında komandamızın heyətində debüt edib.
