8 iyul 2010 20:14
Bakı Nacı Şensoyla danışıq aparmayıb
Son günlər bəzi kütləvi informasiya vasitələrində “Bakı” futbol klubunun baş məşqçisi postuna Nacı Şensoyun gətirilməsi ilə bağlı xəbərlər yayılıb. Azerisport.az xəbər veriri ki, klub bu xəbəri təkzib etdi və bildirdi - "Bakı" futbol klubunun baş məşqçisi postuna namizədlər siyahısında Nacı Şensoyun adı heç vaxt olmayıb və "Bakı" futbol klubunun rəsmilərindən onunla heç kim danışıq aparmayıb.
