9 iyul 2010 13:17
Bakı Almaniya toplantısını məğlubiyyətsiz başa çatdırdı
Azerisport.az xəbər verir ki, “Bakı” futbol klubu Avroliqa turnirinə hazırlıq çərçivəsində Almaniyada təlim məşq toplanışının son oyununun “SV Alemaniya” komandasına qarşı keçirib. Klub saytının məlumatına görə, oyun 3:3 hesabı ilə başa çatıb. “Bakı”nın heyətində qolları Emin Cəfərquliyev, Əziz Quliyev və Stevan Bates vurub.
