9 iyul 2010 13:25
Slavço Georgievski: Neftçi-ni seçməklə doğru addım atdım
Azerisport.az xəbər verir ki, “Neftçi” klubunun müdafiəçisi Slavço Georgievski yeni komandası haqqında fikrini bildirib. "Komandanın düşərgəsində az müddətdir olsam da, daxildə olan ab-havaya valeh olduğumu deməliyəm. Prezident başda olmaqla klub rəhbərliyi, baş məşqçi Arif Əsədov kollektivdə əla atmosfer yaradıblar. "Neftçi"nin heyətində ulduz ola biləcək xeyli sayda gənc futbolçu yer alır. Baş məşqçimiz bu gənclərə xüsusi önəm verir. Hazırda biz demək olar ki, yeni komanda qururuq. Mən düşünürəm ki, yetərincə təcrübəli və perspektivli gənclərin sintezindən növbəti mövsümdən etibarən mükəmməl komanda görəcəksiniz. "Neftçi"nin xeyli sayda azarkeş ordusu olduğunu eşitmişəm. "Neftçi" böyük klubdur, və biz çalışacağıq ki,öz oyunumuzla və qazandığımız nəticələrlə azarkeşlərimizi sevindirək. Artıq "Neftçi"ni seçməklə doğru addım atdığımı gördüm", - Georgievski klub saytına deyib.
