9 iyul 2010 22:58
Neftçi yenə uduzdu (YENİLƏNDİ)
"Neftçi" bu gün Avstriyada üçüncü yoldaşlıq oyununu keçirdi. Azerisport.az klub saytına istinadən xəbər verir ki, Kirkhoff şəhərində Rumıniyanın "Universitatea Cluj" komandasına qarşı keçirilən oyuna baş məşqçi Arif Əsədov bu start heyəti buraxdı: Paulius Qribauskas, Alessandro Viana da Silva, Ruslan Abışov, Denis Silva, Tərlan Quliyev, Elmar Baxşiyev, Slavko Georgievski, Amit Quluzadə, Rəşad Abdullayev, Araz Abdullayev, Traore Mussa (baxışda olan fransız futbolçu).
"Neftçi" - "Universitatea Cluj" oyunu başladı.
25-ci dəqiqədə Traore Mussanın əvəzinə meydana Fərid Quliyev daxil oldu.
31-ci dəqiqədə Rəşad Abdullayevin zərbəsini rəqib qapıçı çətinliklə dəf etdi.
34-ci dəqiqədə "Universitatea Cluj"un futbolçusu Valentin hesabı açdı - 0:1.
36-ci dəqiqədə Amit Quluzadənin əvəzinə meydana Mirhüseyn Seyidov daxil oldu.
Birinci hissə 0:1 hesabı ilə başa çatdı.
"Neftçi"nin heyətində daha 4 dəyişiklik edilir: Araz Abdullayevi Cavid Hüseynov, Rəşad Abdullayevi Aleksandr Burduli, Paulius Qribauskası Rauf Mehdiyev, Slavko Georgievskini Cavid İmamverdiyev əvəzləyir, ikinci hissə başlayır.
İkinci hissə "Neftçi"nin tam üstünlüyü ilə keçir. Cavid Hüseynovun zərbəsindən sonra top qapı dirəyinə tuş gəldi.
Ardından Fərid Quliyevin zərbəsinin qarşısını rəqib qapıçı aldı.
62-ci dəqiqədə Fərid Quliyevin əvəzinə meydana Joze Karlos daxil oldu.
73-cü dəqiqədə Ruslan Abışovun əvəzinə meydana Tural Nərimanov daxil olur.
Oyun 0:1 hesabı ilə rəqibin xeyrinə başa çatdı.
