12 iyul 2010 15:46
Azərbaycan Çexiya və Fransaya 13 qol vurdu (YENİLƏNDİ)
Azerisport.az xəbər verir ki, İtaliyanın Bibione şəhərində təşkil olunmuş çimərlik futbolu üzrə dünya kubokunun seçmə mərhələsi başlanıb. İlk oyunda millimiz Çexiya yığması ilə qarşılaşıb 5:4 hesabı ilə qalib gəlib. Komandamızın heyətində Hikmət Bağırov het-trik, Zeynal Zeynalov isə dubl edib.
İkinci oyunda millimiz Fransa yığması ilə qarşılaşıb 8:10 hesabı ilə məğlub oldu. Komandamızın heyətində qolları Muslüm Hüseynov (4), Zeynal Zeynalov (2), Elşad Quliyev və Asif Zeynalov vurdular.
