12 iyul 2010 16:25

Belçika saytı Neftçini erməni klubu adlandırdığına görə uzr istəyib

"Neftçi" PFK Unibank Premyer Liqasına hazırlıq məqsədilə Avstriyada keçirdiyi təlim-məşq toplanışı başa vurmaq üzrədir. Azerisport.az xəbər verir ki, flaqman təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq görüşləri keçirməklə yanaşı, heyəti formalaşdırmaq üçün bir sıra əcnəbi futbolçuları da sınayır. Bu günlərdə Belçikanın "Genk" klubundan Moussa Koita "Neftçi"nin düşərgəsində baxışda olub. "Ağ-qaralılar"ın məşqçi korpusu Koitaya Rumıniyanın "Universitatea Kluj" klubu ilə yoxlama matçında forma geyinmək şansı versə də, hücumçunun oyununu bəyənməyərək, onu geri qaytarıb.
 
Lakin Koitanın "Neftçi"də baxışda olması ilə bağlı Belçika mətbuatında dərc olunan yazılarda yanlışlığa yol verilib. Belə ki, www.voetbalbelgie.be saytında yerləşdirilən məqalədə "Neftçi" Ermənistan təmsilçisi kimi təqdim olunub. Flaqmanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentnin rəisi Elnur Əşrəfoğlunun sözlərinə görə, bununla əlaqədar artıq qarşı tərəfə müraciət olunub: "Biz xəbərdə "Neftçi"nin Azərbaycan yox, işğalçı Ermənistan klubu kimi təqdim olunması ilə bağlı həm www.voetbalbelgie.be saytına, həm də Belçika Futbol Federasiyasına məktub ünvanlamışıq. Onlar bizdən üzr istəyərək, bu nöqsanın tezliklə aradan qaldırılacağını bildiriblər.
 
Bir məqamı da qeyd etmək istəyirəm ki, www.voetbalbelgie.be saytı öz-özünə zidd gedib. Həmin saytda bundan bir neçə gün öncə yerləşdirilən xəbərdə isə "Neftçi"nin 2005-ci ildə Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Anderlext"lə oynadığı xatırlanmışdı və komandamız Azərbaycan təmsilçisi kimi göstərilmişdi. Ancaq nədənsə, növbəti xəbərlərin birində Koitanın Ermənistan klubu olan "Neftçi"də baxışda olduğu yazılıb. Göründüyü kimi, sayt rəhbərliyi kobud səhvə yol verib. Bu məsələdə bizə dəstək göstərən Azərbaycanın bütün KİV nümayəndələrinə minnətdarlığımızı bildiririk. İnanıram ki, bundan sonra da Azərbaycana, o cümlədən ölkə idmanına qarşı xarici mətbuatın qəsdən və ya bilməyərəkdən buraxdığı səhvlərin öhdəsindən birgə gələcəyik".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.