12 iyul 2010 16:30
Neftçi Zaltsburq-a qarşı
İyulun 1-dən etibarən Avstriyada təlim-məşq toplanışında olan "Neftçi" bu gün sonuncu yoldaşlıq oyununu keçirəcək. Azerisport.az xəbər verir ki, SV "Zaltsburq" komandası ilə Bakı vaxtı ilə saat 21:00-da başlayacaq görüşdən sonra flaqman hazırlığın bu mərhələsinə son qoyaraq Bakıya dönəcək. Xatırladaq ki, "Neftçi" Motsartın vətənində 3 yoldaşlıq oyunu keçirib. "Beşiktaş"la heç-heçə oynayan komandamız "Otselul" və "Universiteta Kluj"a məğlub olub.
