12 iyul 2010 16:41
Azərbaycanda yeni klub - AZAL
Bakının "Olimpik-Şüvəlan" klubu PFL-ə rəsmi məktub ünvanlamışdır. Azerisport.az xəbər verir ki, "Olimpik-Şüvəlan" PFK-nın təsisçiləri və rəhbərliyinin ümumi qərarına əsasən klubun adı dəyişdirilərək "AZAL" PFK olmuşdur. Bunula əlaqədar sənədlərin tərtib olunduğu və yaxın günlərdə qeydiyyat üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndəriləcəyi bildirilir.
