13 iyul 2010 16:54
Azərbaycan Dünya Kubokunun pley-off mərhələsində (YENİLƏNİB)
Bugün Azərbaycanın çimərlik futbolu üzrə yığma komandası Dünya Kubokunun seçmə mərhələsində son oyununu keçirib. Azerisport.az xəbər verir ki, millimiz Qazaxtan yığmasını 9:2 hesabı ilə məğlub edib.
Azərbaycan komandasının heyətində qolları Elvin Quliyev (4 top), Hikmət Bağırov (3) və Müslüm Hüseynov (2) vurub.
Qrupun digər oyunu Fransa və Çexiya yığma komandaları arasında olub. Hesab 11:2 fransızların xeyrinə başa çatıb. Pley-off mərhələsinə Fransa və Azərbaycan komandaları adlayıblar
