13 iyul 2010 14:22
Belçikalılar Neftçi haqqında səhflərini düzəltdilər
Dünən Belçikanın voetbalbelgie.be saytı Azərbaycanın «Neftçi» komandasını Ermənistan təmsilçisi kimi təqdim etmişdi. Azerisport.az «neftçilərin» rəsmi saytına istinadən xəbər verir ki, həmin idman saytında olan Belçikanın «Qenk» klubunun oyunçusu Mussa Koytanın paytaxt komandanın heyətində baxışdan keçməsi haqqında məqalədə «Neftçi» Ermənistan komandası kimi təqdim olunmuşdur. Bugün isə, Belçika KİV-ləri öz səhflərinin düzəldərək, «Neftçi» Azərbaycan klubu olduğunu qeyd etmişlər.
