13 iyul 2010 16:02
Qurban QURBANOV: İlk növbədə Portadaun-u keçməliyik
Azərbaycanın «Qarabağ» klubunun baş məşqcisi Qurban Qurbanov Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunundan öncə azerisprot.az saytına öz fikirlərini söylədi: «Çoxları «Qarabağ»-ın artıq üçüncü təsnifat mərhələsində olduğunu hesab edərək, gələcək rəqiblərimiz haqqında düşünməyə başlayıblar. Lakin, mən hesab edirəm ki, biz əvvəlcə «Portadaun»-u keçməliyik». Qurbanovun sözlərinə görə, komanda ilk oyunda qonaq meydançasında qol vurmalıdı: «Bundan sonra isə biz cavab oyununa bir az rahat şəkildə hazırlaşa biləcəyik».
