13 iyul 2010 18:16
AFFA-nın üzvü yeni təyinat aldı
Azerisport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 22-də Tbilisi şəhərində keçiriləcək «Dinamo» (Tbilisi) – «Qefle» (İsveç) oyununun UEFA nümayəndəsi AFFA-nın Beynəlxalq Əlaqələr Departamentinin rəisi Orxan Hüseynzadə olacaq.
Bundan öncə, Hüseynzadə həmin turnirin 1-ci təsnifat mərhələsinin «Zalaeqerseq» (Macarıstan) - «Tirana» (Albaniya) cavab oyununun UEFA nümayəndəsi funksiyasını yerinə yetirmişdi.
