13 iyul 2010 19:22
«Altılıq» formatı qüvvədə qaldı
Azerisport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda keçirilən müzakirələrdən sonra aşağıdaki qərarlar qəbul olunub:
-«qızıl xallar»prinsipi ləğv olunmaqla Premyer-Liqanın formatı ötən mövsüm olduğu kimi saxlanılsın;
-klubların xahişi nəzərə alınaraq, legioner futbolçuları üçün ödənilən rüsum 1-ci il 20 min manat, eyni futbolçu üçün ikinci il 10 min manat, 3-cü və növbəti illər üçün 5 min manat müəyyənləşdirilsi;
-hazırda öz ölkəsinin milli komandasının heyətində çıxış edən legioner futbolçular üçün rüsum ödənilməsin.
