13 iyul 2010 23:15
Tsxadadze qaçdı, Zelinski isə İmişlini yada saldı
Azerisport.az xəbər verir ki, Azərbaycanın «İnter» futbol klubunun baş məşqçisi Kaxaber Tsxadadze «Lex»-lə Çempionlar Liqasının 2-ci təsnifat mərhələsininin oyunundan sonra keçirilən mətbuat-konfransında sona qədər oturmayıb, zalı tərk etdi.
Gürcüstanlı məşqçi bəzi sulları cavablandırdı. Mətbuat-konfransı keçirilən zala daxil olarkən, Tsxadadze dedi: «Biz məğlubiyyətə layiq deyiliydik. Təəsüflər olsun ki, biz yaranan qol vəziyyətlərini boşa verirdik. Buraxılan qol isə müdafiəçilərin diqqətsizliyindən baş tutdu».
Onun sözlərinə görə, əgər komanda məğlub olursa, deməli bu məşqçinin günahıdı: «Amma mən başa düşə bilmirəm, siz nəyə görə mənə qarşı belə aqressivsiz? Biz ki kənd komandasına uduzmamışıq».
Gələcək cavab oyununa toxunan Tsxadadze bildirdi ki, əgər futbolçular yaranan vəziyyətlərdən tam istifadə etsə, onda komanda qol vura bilər. «Bizə bütün şərait yaradılır, lakin biz yenədə məğlub oluruq. Mən artıq dedim, biz oyunda yaranan təhlükəli vəziyyətlərdən çox pis istifadə edirik», - deyərək, gürcü məşqçi və komandanın mətbuat-katibi zalı tərk etdilər.
«Lex»-in baş məqçisi isə təmamilə əks bir əhval-ruhiyyədə idi: «Bu ilk görüşdü. Və mən bu oyunun nəticəsi ilə razıyam. Vurulan qoldan sonra isə biz artıq təşəbbüsü əlimizə keçirdik. Əgər «İnter» hesabı birinci açsaydı, kim bilir oyun necə başa çatacaqdı».
Həmçinin, Zelinski «İnter»-i UEFA Kubokunda görüşmüş İmişlinin «MKT-Araz»ı ilə müqayisə etdi: «Əlbətdə, «İnter» o vaxt ki «MKT-Araz»-dan çox güclüdü. Azərbaycanda futbol çox sürətlə inkişaf edir. Amma, «Lex» bu gün «İnter»-dən güclü idi», - deyərək, Zelinski jurnalistlərlə sağollaşdı.
