14 iyul 2010 13:39
Azərbaycan FİFA reytinqində yüksəldi
Bu gün FİFA milli yığmaların yenilənmiş reytinqini açiqladı. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması keçən reytinqlə müqayisədə üç pillə yükəslərək 266 xalla 106-ci yerdə məskunlaşdı.
Millimizin Avropa Çempionatının seçmə mərhələsindəki A qrupunda olan rəqibləri arasında Azərbaycan yığması təkcə birini qabaqlıyır – Qazaxstan millisini (126-ci yer, 184 xal). Digər rəqiblər isə belə qərarlaşıb: Almaniya – 4 yer, 1464 xal, Türkiyə - 28-ci yer, 810 xal, Belçika – 48-ci yer, 589 xal, Avstriya – 60-cı yer, 536 xal.
