14 iyul 2010 16:05
Caner Erkin Fənərbaxça-ya arxayındı
İstanbulun «Fənərbaxça» komandasının yeni transferi Caner Erkin bildirib ki, onun komandası Türkiyənin ən güclü klubudu. Azerisport.az Türkiyənin «Milliyet» saytına istinadən məlumat verir ki, Moskvanın CSKA klubundan İstanbula köçən Erkin komandasının asanlığla çempion olacağına inanır: «Hesab edirəm ki, «Fənərbaxça» kimi bir klub hər mövsüm çempionluq uğrunda mübarizə aparmalıdı. Bu il «Fənərbaxça»-nın azərkeşləri keçən mövsümdən fərqli olaraq daha çox sevinəcəklər. Demək olar ki, «Fənərbaxça» bu mövsümü birinci yerdə başa vuracaq».
