14 iyul 2010 16:43
Ronaldinyo Milanda qalacaq
İtaliyanın «Milan» klubunun vitse-prezidenti Adriano Qalliani komandanın pleymeykeri Ronaldinyonun Braziliyanın «Flamenqo» klununa transfer olunacağı haqda xəbəri təkzib edib. Azerisport.az İtaliyanın Gazzetta dello Sport-a istinadən verdiyi məlumata görə, Qalliani Ronaldiyonu buraxmaq fikrində deyil: «Ronaldinyo komandadan getmək arzusunda olduğunu bizə heç vaxt deməyib. Bizim aramızda razılaşma var və bu razılaşmaya görə, biz bu futbolçunun müqaviləsini yazda müzakirə edəcək».
