14 iyul 2010 21:28

Vinfrid ŞEFER: Biz tam hazırıq

 

Azerisport.az xəbər verir ki, Azərbaycanın «Bakı» futbol klubunun almaniyalı baş məşqçisi Vinfrid Şefer Avropa Liqasının 2-ci təsnifat mərhələsinin çərçivəsində keçiriləcək Çernoqoriyanın «Buduçnost» komandası ilə ilk oyunundan əvvəl mətbuat konfransı verdi.
 
«Biz iki həftə Almaniyada keçirdik. Çox ciddi şəkildə fiziki, taktiki və texniki hazırlaşmışıq. Bir neçə yozlama oyunlarıda keçirdik. Lüksemburqun çempionun böyük hesabla məğlub etdik, onlar isə bu oyundan sonra İsveçrənin çempionuna minimal hesabla uduzdular. Bu onu göstərir ki, biz düzgün yoldayıq. Ümid edirəm ki, bizdə hər şey alınacaq», - jurnalistlərlə Tofik Bəhramov adına stadionnda müsahibəsində Şefer dedi.
 
Hesab etmirsiz ki, «Buduçnost» zəif rəqibdi?
 
Avropa məkanında zəif komanda qalmayıb. Biz kifayət qədər ciddi şəkildə sabahki görüşə hazırlaşırıq. Bizə qələbə lazımdı və həmçinin öz qapımızdan top buraxmamalıyıq. Bizim bütün fikirlərimiz sabahki oyunla bağlıdır. Deyə bilərəm ki, bütün futbolçular artıq indidən meydançaya çıxmaq üçün can atarlar.
 
«Buduçnost» komandasının oyununu analiz edə bildinizmi?
 
Klub Çernoqoriyaya öz adamını yollamışdı və o orada rəqibimizin iki oyununu seyr etdi. Bizə düzgün informasiya çatdırdı. Həmçinin özümdə internetdə rəqibimizin keçən mövsümlərdəki oyunlarına baxdım. Mənim üçün fərqi yoxdur rəqib hansı vəziyyətdədi. Əsas odur ki, öz oyunumuzu göstərək.
 
Öz fəlsəfənizi komandaya çatdıra bilmisiz?
 
Sizə deyə bilmərəm oyuna hansı taktikanı seçəcəm. Bu bizim kollektivimizin səviyyəsindən asılıdı. Biz ki kortəbii taktika seçməyəcəyik. Ümidvaram ki, bizim fikirlərimiz bizi sabah aldatmayacaq.
 
«Bakının»-nın transferləri haqqında nə deyə bilərsiz?
 
Joel Eppale ilə üçillik müqavilə bağladıq. Mən onunla birgə Kamerunda işləmişəm. Bilirəm ki, o yaxçı futbolçu və insandı. Həmçinin, Toqo yığmasının müdafiəçisi Dare Nimombenidə transfer etmişik. Bütövlükdə, mən transferlərdən razı qaldım.
 
Komandanı tam formalaşdırmaq üçün sizə nə qədər vaxt lazımdı ki?
 
Lazım olduğu qədər. Çünki yeni və köhnə futbolçular öz aralarında dil tapmalıdırlar.
 
«Bakı»-nın prezidenti Hafiz Məmmədov söylədi ki, komanda cütlüyün taleyini Bakıda həll etməlidi. Siz bu haqda nə deyə bilərsiz?
 
Əlbətdə ki, bizdə bunu istəyirik. Lakin, biz hətta 2-3 top vursaq belə, o demək deyil ki, Çernoqoriyada asan olacaq. «Buduçnost» öz ölkəsində ikinci komandadı. Bu hər halda nədənsə danışır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.